Xəbərlər

Prezident İlham Əliyevə Dövlət Reklam Agentliyinin stendində innovativ yeniliklər təqdim olunub

13 Dekabr 2018, 00:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, övladları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi bu il sərgidə ilk dəfə iştirak edənlər sırasında idi. Agentlik tətbiq etdiyi innovativ yeniliklərini nümayiş etdirib. Ölkə rəhbərinə Dövlət Reklam Agentliyinin stendində Agentliyin direktoru Aydın İbadov tətbiq edilən innovativ yeniliklər barədə ətraflı məlumat verib. Prezidentə sərgidə nümayiş etdirilən onlayn qeydiyyat sistemi, məsafədən ölçmə cihazı və açıq məkanda reklam daşıyıcılarını 360° təsbit edən texnologiyaların tətbiqi istiqamətindəki fəaliyyət haqqında geniş informasiya təqdim olunub.

Digər xəbərlər