Xəbərlər

ADA Universitetində ADRA-nın Təcrübə Proqramının təqdimatı baş tutub

15 Aprel 2019, 17:00

   Dövlət Reklam Agentliyinin rəsmiləri ADA Universitetinin İnformasiya Texnologiyaları (İT) və Mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrinə Agentliyin təcrübə proqramı barədə məlumat veriblər. Təcrübə proqramının məqsədi tələbələri Agentliyin fəaliyyəti ilə yaxından tanış etmək, istedadlı gəncləri aşkarlamaq, nəzəri biliklərin təcrübədə tətbiqini dəstəkləmək və onların şəxsi inkişafına şərait yaratmaqdır. Görüşdə gənclərə proqrama müraciət mərhələləri, təcrübəçilərin öhdəlikləri nəzərə çatdırılıb, bu barədə suallar cavablandırılıb.  Təcrübə proqramına qeydiyyat prosesi 2019-cu il aprelin sonunadək davam edəcək. Ətraflı məlumat üçün ADRA-nın 1412 Çağrı Mərkəzinə müraciət etmək olar.  

 

Digər xəbərlər