Rəhbər

directory1

Aydın Münsüf oğlu İbadov

Direktor

1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat mühəndisliyi" fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra 1981-ci ildə hərbi xidmətə yollanıb. Əmək fəaliyyətinə 1984-cü ildə "Azərnəqliyyattikinti" trestində mühəndis kimi başlayıb. 1991-ci ildə Azərbaycanda yeni formalaşmağa başlayan reklam biznesinin təməlini qoyanlardan biridir. Bir sıra qlobal şirkətlərin Azərbaycandakı nümayəndəliklərində çalışıb, yerli reklam şirkətlərinə rəhbərlik edib. 2012-2016-cı illərdə Rusiya Federasiyasının Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2017-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktorudur. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.