Əsasnamə

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

Monitorinq və nəzarət şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan Monitorinq və nəzarət şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Agentliyin açıq məkanda reklam fəaliyyəti ilə bağlı vəzifələrinin həyata keçirilməsi sahəsində yerlərdə reklam fəaliyyətinin subyektlərinə münasibətdə monitorinqlərin aparılması, bu sahədə pozuntuların aşkar edilməsi və nöqsanların onların aradan qaldırılmasına istiqamətində ümumi nəzarət tədbirlərini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin Müşahidə Şurasının qərarlarını və direktorunun (bundan sonra – direktor) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının bölmələri, strukturuna daxil olan (tabeliyindəki) qurumları (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, xarici dövlətlərin aidiyyəti qurumları, müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyətinin məqsədi, vəzifə və hüquqları

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi Agentliyin açıq məkanda reklam fəaliyyəti ilə bağlı vəzifələrinin həyata keçirilməsi sahəsində yerlərdə monitorinqlərin aparılması, bu sahədə pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması istiqamətində ümumi nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etməkdir.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. açıq məkanda Agentliyin aidiyyəti strukturları tərəfindən yerləşdirilməsinə icazə verilmiş reklamların ölçü, növ, məzmun və zonalarının (olduğu təqdirdə) qanunvericiliyin tələblərinə və verilmiş icazə sənədlərinə uyğunluğunu yerlərdə yoxlayır;

2.2.2. açıq məkanda reklam yerləşdirilməsinə və yayımına görə Agentliyin aidiyyəti strukturları tərəfindən hesablanmış dövlət rüsumlarının və yayım haqlarının qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə monitorinqlər və araşdırmalar aparır;

2.2.3. açıq məkanda müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş reklamların aşkar edilməsini və bu sahədə Agentliyin aidiyyəti strukturları tərəfindən verilmiş müvafiq göstərişlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, eləcədə həmin reklamların aidiyyəti strukturlar tərəfindən rəsmiləşdirilməməsinin səbəblərinin araşdırılmasını həyata keçirir;

2.2.4. açıq məkanda yerləşdirilməsinə və ya tikintisinə icazə verilmiş reklamların mövcud qanunvericilik aktlarının tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir;

2.2.5. aşkar olunmuş nöqsanların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi məqsədi ilə onların təkrar monitorinqini həyata keçirir;

2.2.6. aparılmış monitorinq və nəzarət tədbirlərinin nəticələrini təhlil edir, bununla bağlı təqdimatlar və analitik materiallar hazırlayaraq Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.7. monitorinqlərin həyata keçirilmə istiqamətləri, vaxtları və əraziləri ilə bağlı dövrlər üzrə iş planları hazırlayaraq rəhbərliyə təqdim edir, təsdiq olunduqdan sonra onun icrası ilə bağlı zəruri tədbirlər görür;

2.2.8. açıq məkanda reklam fəaliyyətinin subyektlərinə münasibətdə baş vermiş inzibati xəta haqqında işlər üzrə görülmüş tədbirlərin qanunvericiliyin tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir;

2.2.9. müasir informasiya-kommunikasiya texnologiyalarını və innovasiyaları tətbiq etməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması istiqamətində təkliflər verir;

2.2.10. açıq məkanda reklam yayımı sahəsində fəaliyyətin tənzimlənməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə əlaqədar təkliflər verir;

2.2.11. açıq məkanda reklam yayımı sahəsində aidiyyəti strukturlar tərəfindən yol verilmiş pozuntuları, onların yaranma səbəblərini və şərtlərini ümumiləşdirərək təhlil edir, həmin pozuntuların qarşısının alınması məqsədi ilə təkliflər hazırlayır;

2.2.12. açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı aidiyyəti strukturların hərəkət və ya hərəkətsizliyi barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir;

2.2.13. müvafiq sahədə vətəndaşlardan, dövlət və yerli özünüidarəetmə orqanlarından, beynəlxalq və qeyri-hökumət təşkilatlarından, hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

2.2.14. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.15. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.16. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. açıq məkanda reklam yayımı sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə müstəqil şəkildə, təsdiqlənmiş iş planına və rəhbərliyin tapşırığına əsasən monitorinqlər aparmaq, mövcud olan reklam daşıyıcılarına yerində və icazə sənədləri üzrə baxış keçirmək;

2.3.2. Agentliyin ərazi idarələrinin aidiyyəti struktur bölmələrindən reklam fəaliyyətinə nəzarət sahəsində görülmüş işlər üzrə hesabatlar almaq, onları təhlil etmək və ümumiləşdirərək rəhbərliyə təqdim etmək;

2.3.3. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

2.3.4. şöbənin fəaliyyəti ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;

2.3.5. Agentliyin ərazi idarələri tərəfindən estetik nəzarət sahəsində həyata keçirilən tədbirləri təhlil etmək, ümumiləşdirmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

2.3.6. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarına müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.7. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;

2.3.8. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və onların tətbiqi imkanlarını araşdırmaq, müvafiq təkliflər hazırlamaq;

2.3.9. şöbənin əməkdaşlarının ixtisasının artırılması istiqamətində təkliflər vermək;

2.3.10. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etməklə bağlı rəhbərliyə təkliflər vermək;

2.3.11. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində direktor  tərəfindən təsdiq edilir. Şöbə bilavasitə direktora tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) direktor tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.

3.2. Şöbənin fəaliyyətinə direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu direktorun əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin digər əməkdaşları da direktor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

 

4.1. Monitorinq sektorunun vəzifələri aşağıdakılardır:

4.1.1. açıq məkanda reklam yayımı sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə müstəqil şəkildə, təsdiqlənmiş iş planına və rəhbərliyin tapşırığına əsasən monitorinqlər aparmaq, mövcud olan reklam daşıyıcılarına yerində və icazə sənədləri üzrə baxış keçirir;

4.1.2. açıq məkanda Agentliyin aidiyyəti strukturları tərəfindən yerləşdirilməsinə icazə verilmiş reklamların ölçü, növ, məzmun və zonalarının (olduğu təqdirdə) qanunvericiliyin tələblərinə və verilmiş icazə sənədlərinə uyğunluğunu yerlərdə yoxlayır;

4.1.3. açıq məkanda reklam yerləşdirilməsinə və yayımına görə Agentliyin aidiyyəti strukturları tərəfindən hesablanmış dövlət rüsumlarının və yayım haqlarının qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə monitorinqlər və araşdırmalar aparır;

4.1.4. açıq məkanda müvafiq icazə sənədləri olmadan yerləşdirilmiş reklamların aşkar edilməsini və bu sahədə Agentliyin aidiyyəti strukturları tərəfindən verilmiş müvafiq göstərişlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, eləcədə həmin reklamların aidiyyəti strukturlar tərəfindən rəsmiləşdirilməməsinin səbəblərinin araşdırılmasını həyata keçirir;

4.1.5. açıq məkanda yerləşdirilməsinə və ya tikintisinə icazə verilmiş reklamların mövcud qanunvericilik aktlarının tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir;

4.1.6. aşkar olunmuş nöqsanların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi məqsədi ilə onların təkrar monitorinqini həyata keçirir;

4.1.7. monitorinqlərin həyata keçirilmə istiqamətləri, vaxtları və əraziləri ilə bağlı dövrlər üzrə iş planları hazırlayaraq rəhbərliyə təqdim edir, təsdiq olunduqdan sonra onun icrası ilə bağlı zəruri tədbirlər görür;

4.1.8. açıq məkanda reklam fəaliyyətinin subyektlərinə münasibətdə baş vermiş inzibati xəta haqqında işlər üzrə görülmüş tədbirlərin qanunvericiliyin tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir;

4.1.9. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.2. Analitik təhlil sektorunun vəzifələri aşağıdakılardır:

4.2.1. şöbə tərəfindən aparılmış monitorinqlərin nəticələrini təhlil edir, bununla bağlı təqdimatlar və analitik materiallar hazırlayır;

4.2.2. Agentliyin ərazi idarələrinin aidiyyəti struktur bölmələrindən reklam fəaliyyətinə nəzarət sahəsində görülmüş işlər üzrə hesabatlar almaq, onları təhlil etmək və ümumiləşdirərək rəhbərliyə təqdim edir;

4.2.3. açıq məkanda reklam yayımı sahəsində aidiyyəti strukturlar tərəfindən yol verilmiş pozuntuları, onların yaranma səbəblərini və şərtlərini ümumiləşdirərək təhlil etmək, həmin pozuntuların qarşısının alınması məqsədi ilə təkliflər hazırlayır;

4.2.4. müasir informasiya-kommunikasiya texnologiyalarını və innovasiyaları tətbiq etməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması istiqamətində təkliflər verir;

4.2.5. açıq məkanda reklam yayımı sahəsində fəaliyyətin tənzimlənməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə əlaqədar təkliflər verir;

4.2.6. açıq məkanda yerləşdirilməsinə icazə verilmiş, lakin şöbə tərəfindən monitorinqi aparılmamış reklamları müəyyən edir;

4.2.7. monitorinq aparılacaq ərazilərin müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayır;

4.2.8. açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı aidiyyəti strukturların hərəkət və ya hərəkətsizliyi barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir;

4.2.9. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və rəhbərliyə təqdim edir;

4.2.10. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.