Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu (Maddə 33-1) ilə təsdiq edilmişdir

 

Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq rüsumun məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

Bakı şəhəri üzrə – 1
Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 0,8
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə – 0,7
digər şəhər (rayon), qəsəbə və kənd üzrə – 0,5

İcazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə aşağıdakı əmsal tətbiq edilir

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə Agentlik (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) 1 kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu aşağıdakılar üzrə tədbiq olunur:

 

Reklam daşıyıcısının növü İcazənin müddəti Dövlət rüsumunun məbləgi (₼)
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğusu (hava şarı, dirijabl, aerostat və s.) 1 il 100,0
Elektron (rəqəmsal) daşıyıcı (monitor, ekran, tablo və s.) 1 il

20 kvadratmetrədək olduqda - hər kvadratmetrinə görə 50 manat

50 kvadratmetrədək olduqda - 1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat

100 kvadratmetrədək olduqda - 1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat

100 kvadratmetrdən artıq olduqda - 1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat

Roller 1 il 40,0
Prizmatron 1 il 17,0
Transparant, körpüüstü reklam 1 il 20,0
Ayrıca dayaqlı lövhə və qutu (dayanacaq) tumba, ödəniş terminalı, avtomatlaşdırılmış satış köşkü (vending) 1 il 17,0
Bilbord, meqabord 1 il 15,0
kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (1.4.1–1.4.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) 1 il 10,0

Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Reklam yayımı zonalarından, reklamın effektivlik dərəcəsinin kateqoriyasından (olduqda) asılı olaraq məbləğə aşağıdakı əmsallar tətbiq edilir:

 

Bakı şəhəri üzrə

 
Zona Kategoriya Əmsal
A 1 5
2 4
3 3,4
B 1 2,9
2 2,5
3 2,1
C 1 1,8
2 1,5
3 1,3

 

Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə

 
Zona Əmsal
A 1
B 0,8
C 0,6

 

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə əmsal – 0,6;Digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal – 0,5.

 

Açıq məkanda reklam yayımına görə aylıq haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün aşağıdakı kimi müəyyən edilir:



 
Reklam daşıyıcısının növü Reklam yayımına görə haqq (₼, ƏDV-siz)
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğusu (hava şarı, dirijabl, aerostat və s.) 17,0
Elektron (rəqəmsal) daşıyıcı (monitor, ekran, qaçan sətir və s.)  
 20 kvadratmetrədək olduqda hər kvadratmetrinə görə 12,0
 50 kvadratmetrədək olduqda 240 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadrat metrinə görə 9,0
 100 kvadratmetrədək olduqda 510 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadrat metrinə görə 7,0
  100 kvadratmetrdən artıq olduqda 860 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə görə 5,0
Roller 10,0
Prizmatron və s. 6,0
Transparant, körpüüstü reklam 7,0
Ayrıca dayaqlı lövhə və qutu (dayanacaq), tumba, ödəniş terminalı və avtomatlaşdırılmış satış köşkü (vending) 6,0
Bilbord, meqabord 5,0
Kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)

2,5

 Respublika əhəmiyyətli “M” indeksli avtomobil yollarının (Bakı şəhərində istisna olmaqla) torpaq sahələri üzrə əmsal - 1.