ADRA kollektivi 20 Yanvar şəhidlərini ehtiramla yad edib

20 yanvar 2026 14:00

    20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

    Ziyarət zamanı 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, “Əbədi məşəl” abidəsi önündə şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

    Qeyd edək ki, 20 Yanvar Azərbaycan xalqının tarixində faciə olmaqla yanaşı, milli azadlıq mübarizəsinin dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu tarix hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

 ADRA kollektivi 20 Yanvar şəhidlərini ehtiramla yad edib  ADRA kollektivi 20 Yanvar şəhidlərini ehtiramla yad edib