Xəbərlər

ECSOFT layihəsi çərçivəsində “Korrupsiya ilə mübarizə” mövzusunda posterlər və video-çarx nümayiş etdirilir

14 İyul 2021, 11:06

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ECSOFT layihəsi çərçivəsində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası, Açıq Hökumət Platforması və Azərbaycan Dövlət Reklam Agentliyinin dəstəyi ilə “Korrupsiya ilə mübarizə” mövzusunda məlumatlandırma kampaniyası keçirilir.

 

Kampaniya çərçivəsində “Korrupsiya ilə mübarizə” mövzusunda posterlər 9 rayonda (Sumqayıt, Siyəzən, Xaçmaz, Cəlilabad, Şirvan, Göyçay, Gəncə, Qazax, Ağcabədi), o cümlədən Bakıda Neftçilər prospektindəki rəqəmsal ekranda video-çarx nümayiş etdirilir.

 

Qeyd edək ki, nümayiş etdirilən sosial reklamlar ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahirin də üzv olduğu münsiflər heyəti tərəfindən müsabiqə nəticəsində seçilən posterlərdir.

 

Kampaniyanın məqsədi korrupsiya ilə mübarizə sahəsində həyata keçirlən tədbirlərə dəstək verilməsi, əhalinin maarifləndirilməsi və antikorrupsiya təşəbbüslərində iştirakçılığın təşviq edilməsidir. Kampaniya iyul ayının sonuna qədər davam etdiriləcək.

Digər xəbərlər