Xəbərlər

Agentliyin Regional İdarələri 2021-ci ilin ikinci rübündə 32155 icazə sənədi verib

23 İyul 2021, 14:00

2021-ci ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Regional İdarələri açıq məkanda reklam yayımlanması üçün sahibkarlara 32155 icazə sənədinin verilməsini təmin edib. Bu müddət ərzində reklamın rəsmiləşdirilməsi üçün Regional İdarələrimizə olunan müraciətlərin sayı 8244, reklamı rəsmiləşdirilmiş sahibkarlıq obyektlərinin sayı isə 8083-dür.  Xatırladaq ki, 2021-ci ilin ilk rübündə verilmiş icazə sənədlərinin sayı 25683, reklamın rəsmiləşdirilməsi üçün edilən müraciətlərin sayı 8297, reklamı rəsmiləşdirilmiş sahibkarlıq obyektlərinin sayı isə 10685 olub. Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi və nəzarətin həyata keçirilməsi proseslərinin elektronlaşdırılmasına, həmçinin bu proseslərin daha operativ və şəffaf həyata keçirilməsi məqsədilə onlayn qaydada İcazələr Sistemi xidməti də sahibkarların ixtiyarına verilib.  

 

 

Digər xəbərlər