Xəbərlər

ADRA əməkdaşlarına sertifikatlar təqdim olunub

2 Sentyabr 2021, 00:00

 

 

ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin əməkdaşları üçün “İctimaiyyətlə əlaqələr və media” mövzusunda təlim keçirilib. Təlimin təşkilində məqsəd ictimaiyyətlə əlaqələrə dair iş keyfiyyətinin artırılması, bu sahə üzrə məsul şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi olub. Consulting Group LLC mütəxəssislərinin apardığı təlim ADRA-nın rəsmi internet səhifəsinin və sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi, media ilə əlaqə, böhran vəziyyətlərində kommunikasiya, daxil olan sorğuların operativ cavablandırılması kimi mövzuları əhatə edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər xəbərlər