Xəbərlər

Reklamlarda dövlət dilinin qorunması ilə bağlı maarifləndirmə işləri davam etdirilir

15 Oktyabr 2021, 14:00

 

Reklamlarda dövlət dilinin düzgün istifadəsi ilə bağlı sosial şəbəkələrdə və açıq məkanda maarifləndirmə işlərinin aparılması üçün ADRA-nın sifarişi əsasında xüsusi video-çarx hazırlanır. Bu barədə açıq məkandakı reklamlarda Azərbaycan dilinin qorunması ilə bağlı yaradılan birgə komissiyanın növbəti iclasında bildirilib. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) təşəbbüsü ilə yaradılan, Bakı Şəhər Icra Hakimiyyəti, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarından ibarət komissiyanın budəfəki iclasında dil mövzusunda maarifləndirmə işlərinin artırılmasının əhəmiyyətindən danışılıb. Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ismarıclarının da yer alacağı bukletlərin hazırlanaraq sahibkara paylanılıması qərara alınıb. Paralel olaraq mövcud qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi üçün layihə üzərində işlərin getdiyi vurğulanıb. Qeyd olunub ki, ADRA tərəfindən Bakıdakı binaların üzərindəki fasad reklamlarının standartlarının müəyyənləşdirilməsi istiqamətində işlər növbəti mərhələyə keçib. Bu proses yekunlaşdıqdan sonra yeni standartlara uyğun reklamların hazırlanması zamanı dövlət dilindən düzgün istifadə məsələlərində qanuna ediləcək dəyişikliklər də tətbiq olunacaq. Komissiyanın iclasları barədə mütəmadi məlumatlar veriləcəkdir. 

Digər xəbərlər