Xəbərlər

Apellyasiya Şurasının iclası keçirilib

17 May 2022, 16:08

 

Mayın 17-də Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. Agentliyin İdarə Heyəti sədrinin müavini, Apellyasiya Şurasının sədri Orxan Əliyevin rəhbərliyi ilə keçirilən iclasda “Air Group” MMC-nin Baş direktoru İntizam Mehdiyevin Bakı şəhərinin müxtəlif ünvanlarında şirkətə məxsus reklam qurğularında konstruktiv dəyişikliklərə icazə verilməməsinə dair şikayətinə baxılıb. İclasda şirkətin səlahiyyətli şəxslərinin müraciəti dinlənilib, hərtərəfli araşdırmanın nəticələri açıqlanıb. Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilib.

Digər xəbərlər