Xəbərlər

ADRA əməkdaşlarına strateji planlaşdırma və kommunikasiya üzrə treninqlərin sertifikatları təqdim olunub

28 Oktyabr 2022, 16:50

                        

 

Strateji planlaşdırma və kommunikasiya sahəsində bilik və təcrübələrin inkişaf etdirilməsi məqsədilə ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin əməkdaşları təlimlərə cəlb ediliblər. Təlimlər bu istiqamətdə bir sıra layihələr həyata keçirmiş “Exclusive Business Advisers” MMC tərəfindən həyata keçirilib. İki gün davam edən təlimlər strateji idarəetmə prosesi və vasitələr; strateji planlaşdırma modellərinin hazırlanması; tədqiqat və koordinasiya, SWOT təhlili; xarici  və daxili mühitin təhlili; maraqlı tərəflərin təhlili; strateji plan elementlərinin müəyyənləşdirilməsi, ssenarilər və trend təhlili; korporativ imic və daxili kommunikasiya mövzularını əhatə edib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər xəbərlər