Xəbərlər

ADRA "Felis Azərbaycan mükafatları 2022”nin münsiflər heyətində

31 Oktyabr 2022, 12:46

 

Reklam və marketinq sahəsində effektiv və yaradıcı əməyi mükafatlandıran "Felis Mükafatları" artıq Azərbaycanda! 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunun nəbzini saxlayan və müraciətləri ilə rekord qıran "Felis Mükafatları" 2022-ci ildə Azərbaycan macərasına başlayıb. Ölkəmizin reklam və marketinq sənayesinin kreativləri öz işlərini https://felisazerbaijan.com/2022/istirak-qaydalari saytı vasitəsilə 31.10.2022-ci il tarixinədək 7 bölmə və 43 kateqoriya üzrə yerləşdirə bilərlər. Münsiflər heyətinin builki tərkibində ADRA təmsilçisi də var. Qaliblərin mükafatlandırılma mərasimi 11.11.2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçriləcəkdir. Qeyd edək ki, müsabiqənin təşkil edilməsində məqsəd brend quruculuğunun təməl daşı olan marketinq kommunikasiyasında yaradıcılıq və istehsal prosesinin keyfiyyətini yüksəltmək, dizayn, media reklamı, brendləri bazarda söz sahibi edən marketinq strategiyalarının uğurunu vurğulamaq, onların inkişafına və tərəqqisinə töhfə vermək, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı şəxsləri və qurumları motivasiya etməklə onların nailiyyətlərini qiymətləndirərək mükafatlandırmaqdır.

Digər xəbərlər