Xəbərlər

ADRA-da Zəfər Günü və YAP-ın 30 illiyi ilə əlaqədar tədbir keçirilib

2 Noyabr 2022, 10:11

 

Zəfər Günü və Yeni Azərbaycan Partiyasının 30 illiyi ilə bağlı keçirilən tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatının rəhbəri Aydın Bəşirov çıxış edərək qurucusu Ümummilli Lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. O qeyd edib ki, YAP 44 günlük Vətən müharibəsi dövründə də hər zaman dövlətin və xalqın yanında olmağı bacarıb.

Tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Vətən Müharibəsi dövründə bütün dünyanın gözünün Azərbaycana çevrildiyi bir zamanda, ölkəmizə hər tərəfdən yönələn təzyiq prosesində, informasiya müharibəsindəki hücumların dəf olunmasında təmsil olunduğu partiyanın rolundan danışıb. O, istər şəhid ailələri, istərsə də Vətən Müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısını xüsusi vurğulayıb.

YAP Neftçilər-24 ərazi təşkilatının sədri İmmiyə Zamanovanın hesabat xarakterli çıxışından sonra Vətən Müharibəsinə həsr edilən filmin nümayişi baş tutub. Tədbir Vətən Müharibəsi iştirakçıları, eləcə də fəal YAP üzvləri olan ADRA əməkdaşlarına təşəkkürnamələrin təqdim olunması ilə sona çatıb.

Digər xəbərlər