Xəbərlər

ADRA-nın da münsiflər heyətində olduğu "Felis Azərbaycan 2022” də ilin ən yaxşıları mükafatlandırılıblar

14 Noyabr 2022, 13:00

 

Simge Fistikoğlunun aparıcılığı ilə İstanbulda keçirilən gecə MediaCatın Baş redaktoru Pelin Özkanın açılış nitqi ilə başlayıb. Gecədə ilin agentlikləri seçilib, böyük mükafatlar və münsiflər heyətinin xüsusi mükafatları təqdim olunub. “Felis 2022”nin ikinci gecəsində cəmi 92 “Felis”, 139 “Müvəffəqiyyət Mükafatı” və 7 “Böyük Mükafat” təqdim olunub. Azərbaycanın 20 ən yaxşı reklam kampaniyasına "Felis" verilib. Açıq məkan reklamlarına görə DDB Azərbaycan, Duyme Agency, Endorfin və Adviad şirkətləri mükafata layiq görülüblər.

Qeyd edək ki, müsabiqənin təşkil edilməsində məqsəd brend quruculuğunun təməl daşı olan marketinq kommunikasiyasında yaradıcılıq və istehsal prosesinin keyfiyyətini yüksəltmək, dizayn, media reklamı, brendləri bazarda söz sahibi edən marketinq strategiyalarının uğurunu vurğulamaq, onların inkişafına və tərəqqisinə töhfə vermək, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı şəxsləri və qurumları motivasiya etməklə onların nailiyyətlərini qiymətləndirərək mükafatlandırmaqdır.

Digər xəbərlər