Xəbərlər

ADRA əməkdaşları yubiley tədbirində iştirak ediblər

16 Noyabr 2022, 11:00

 

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi münasibətilə YAP Səbail rayon təşkilatı Beynəlxalq Muğam Mərkəzində tədbir keçirib. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixi barədə videoçarx nümayiş olunub.

ADRA əməkdaşlarının da iştirak etdiyi tədbirdə çıxış edənlər partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıblar. Qeyd olunub ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə Vətən Müharibəsində qələbə qazanmış dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Tədbirdə Səbail rayonunun musiqi məktəblərinin şagirdlərinin ifaları səsləndirilib, sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər