Xəbərlər

ADRA bloklist moduluna ən çox töhvə verən top 10 dövlət qurumu arasında 3-cü yerdədir

7 Fevral 2023, 16:40

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı” keçirilib. Tədbir ”2023-cü il - Heydər Əliyev ili” çərçivəsində baş tutub. 7 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbirdə 73 dövlət qurumu iştirak edib. Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsi dinlənilib, informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsindən bəhs edilib. Bildirilib ki, toplantının keçirilməsində məqsəd internetdən təhlükəsiz istifadə edilməsini təbliğ etmək və mövcud təhdidlərə qarşı dövlət qurumlarının informasiya təhlükəsizliyini gücləndirməkdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İnformasiya texnologiyaları şöbəsinin müdiri Elxan Əliyev də iştirak edib. Qeyd olunub ki, son 30 günün göstəricilərinə əsasən aylıq “Reaksia indeksi” üzrə ən yaxşı nəticə göstərən, eləcə də bloklist moduluna ən çox töhvə verən top 10 dövlət qurumu arasında  ADRA 3-cü yerdə qərarlaşıb. Tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar - kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan AzStateNet şəbəkəsi, mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer"in alternativi yaradılan yeni "share.gov.az" xidməti və Avropanın "Open CSIRT Foundation" təşkilatı ilə birgə işlənmiş "SİM3" layihəsi barədə də məlumat verilib. Toplantı yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatıb.

Digər xəbərlər