ADRA kollektivi 27 Sentyabr – Anım Günündə Zəfər abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi sentyabrın 27-də Anım Günü ilə əlaqədar Zəfər parkında ucaldılmış Zəfər abidəsini ziyarət edib.
Abidənin önünə gül dəstələri düzülüb, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların xatirəsi daim uca tutulacaqdır.



Digər xəbərlər