Xəbərlər

Açıq məkanda reklam fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı təlimlərə start verilib

10 Oktyabr 2025, 17:58

 

    Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) Aparatının Hüquq şöbəsi tərəfindən ərazi reklam idarələrinin əməkdaşları üçün təlimlərə başlanılıb.

    Təlimlərdə açıq məkanda reklam fəaliyyəti sahəsində qüvvədə olan qanunvericilik, onun tələbləri və tətbiq mexanizmləri barədə geniş məlumat verilir. İştirakçılara Agentlik tərəfindən həyata keçirilən icazələrin verilməsi və məlumatlandırma icraatının xüsusiyyətləri izah olunur. Bundan əlavə, reklam qurğularının demontajı və reklam yayımının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ardıcıllığı diqqətə çatdırılır. Təlimlərin növbəti mövzularından biri açıq məkanda reklam yayımına görə yaranan borcların ödənilməsi ilə bağlı icraat qaydalarıdır. Burada inzibati aktların tərtibi, borcun ödənilməsi haqqında qərarların məcburi icraya yönəldilməsi proseduru və məsuliyyət məsələləri ətraflı şəkildə izah olunur.

    Təlimlərin əsas məqsədi açıq məkanda reklam fəaliyyəti sahəsində qanunvericiliyin düzgün tətbiqini təmin etmək, regional idarələrin əməkdaşlarının bilik və bacarıqlarını təkmilləşdirməkdir.

    Təlimlərin nəticələrinin qiymətləndirilməsi məqsədilə Hüquq şöbəsi tərəfindən test və açıq tipli suallar hazırlanıb. Bu yanaşma iştirakçıların mövzular üzrə biliklərinin praktik şəkildə ölçülməsinə imkan yaradır.

    Sentyabrın ayının sonundan başlanan təlimlərdə hazıradək Şəki, Sumqayıt və Bərdə regional reklam idarələrinin əməkdaşları iştirak ediblər. Sözügedən təlimlərin mərhələli şəkildə bütün ərazi reklam idarələrini əhatə etməsi nəzərdə tutulur.

Digər xəbərlər