Açıq məkanda hara reklam vurmaq olmaz? Qanunvericiliyin tələblərinə cavab verməyən reklamlar sökülüb
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bərdə Regional Reklam İdarəsinin əhatə etdiyi şəhər ərazilərində və yol kənarlarında icazəsiz, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olmayan açıq məkandakı reklamların demontajı həyata keçirilib. Monitorinq zamanı xüsusilə ağaclarda, elektrik dirəklərində, yol nişanları və istinad divarlarında yerləşdirilmiş reklam lövhələri sökülüb.
Qanunvericiliyin tələblərinə cavab verməyən reklamlar təkcə şəhər mühitinin estetik görünüşünü pozmur, həm də yol hərəkətinin təhlükəsizliyinə zərər verir. Belə reklam lövhələri yol hərəkəti iştirakçıları üçün təhlükə yaradaraq qəzalara səbəb ola bilər. Açıq məkanda reklam qurğuları quraşdırılarkən müvafiq tələblərə riayət edilməlidir. Qeyd edək ki, nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.







Digər xəbərlər