“Uşaq Hüquqları Aylığı” çərçivəsində açıq məkanda maarifləndirici posterlərin yayımına başlanılıb
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən hər il 20 oktyabr – 20 noyabr tarixlərində ölkədə “Uşaq Hüquqları Aylığı” elan olunur. Aylığın məqsədi uşaqların hüquqlarının müdafiəsi sahəsində məlumatlılığın artırılması, dövlət qurumlarının, təhsil və tərbiyə müəssisələrinin, ictimaiyyətin bu istiqamətdə fəaliyyətinin stimullaşdırılmasıdır.
Ombudsman Aparatının bu təşəbbüsünə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) də qoşulub, “Uşaq Hüquqları Aylığı” ilə bağlı maarifləndirici posterlərin açıq məkanda yayımı təmin edilib. Uşaq hüquqlarına dair maarifləndirici məlumatların ölkə üzrə müxtəlif reklam qurğularında yayımı həyata keçiriləcək. Kampaniya çərçivəsində yayımlanan materiallar uşaqların təhlükəsizliyi, təhsilə əlçatanlıq, zorakılıqdan qorunma, sağlam inkişaf və digər əsas hüquq sahələrinə dair məlumatları özündə əks etdirir.
Agentlik Ombudsman Aparatı ilə əməkdaşlıq çərçivəsində bu mövzuda məlumatlandırmanı dəstəkləməklə ictimai maarifləndirmə təşəbbüslərinə töhfə vermək niyyətindədir.


Digər xəbərlər