Agentlik

Açıq məkanda reklam sahəsində yeni yanaşma, yeni dövr

ADRA qanunvericilik əsasında açıq məkandakı reklam fəaliyyətinə nəzarət edən dövlət qurumudur.

BİZ KİMİK?

Azərbaycan Respublikasının
Dövlət Reklam Agentliyi

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci ildə 1472 nömrəli Fərmanı ilə publik-hüquqi şəxs olaraq yaradılmışdır

Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur

MİSSİYAMIZ
  • Mərkəzləşmiş onlayn
idarəetmə sistemi yaratmaqla;

  • Sahibkarlara bizneslərinin inkişafına dəstək verməklə;

  • İxtisaslaşmış kadrların yetişdirilməsini həyata keçirməklə;

  • Açıq məkan reklamları ilə bağlı həm sahibkarları,
həm də ictimaiyyəti maarifləndirməklə;

  • Milli və mənəvi dəyərlərə ehtiram,
sosial məsuliyyət prinsiplərinə əməl etməklə;

Açıq məkanda reklam sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən dövlət qurumu kimi ölkənin açıq məkanda reklam ekosisteminin dayanıqlı inkişafını təmin etməkdir.

GƏLƏCƏYƏ BAXIŞIMIZ
  • Açıq məkanda innovativ, şəffaf 
və əlçatan reklam mühitini forlamaşdıraraq;

  • Reklamlarda müasir
və zövqlü estetik görünüşü təmin edərək;

  • Qanunvericiliyin tələblərinə tam əməl olunmasına nail olaraq;

  • Beynəlxalq təcrübə və imkanların tətbiqini həyata keçirərək;

  • Peşəkarlıq və səmimiyyət nümayiş etdirərək;

Gələcəyə baxışımız ölkə üzrə açıq məkandakı reklamların estetik görünüşünə və sahibkar məmnuniyyətinə nail olmaqdır

DƏYƏRLƏRİMİZ

Dəyərlərimiz Agentliyin cəmiyyətə, sahibkarlara, ətraf mühitə, əməkdaşlarına və peşəkar fəaliyyətinə münasibətini əks etdirən yanaşmalar toplusudur:

  • Şəffaflıq

  • Etibarlılıq

  • Sahibkaryönümlülük

  • İnsan kapitalı

  • İnnovativlik

TARİXİMİZ

Tariximizdəki
əsas islahatlar və yeniliklər

2025

Yeniliklər

Beynəlxalq əməkdaşlıq: Beynəlxalq əməkdaşlıq: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Yeniliklərin tətbiqi: Agentlik ölkənin açıq məkanda reklam sahəsinin yeni reklam texnologiyalarına inteqrasiyasını təmin etmək məqsədilə müasir tipli mediafasadların quraşdırılmasını təşviq edib.

2024

Yeni dövr

Loqotip və brend yenilənməsi: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi rəsmi olaraq yeni loqotipini təqdim edib.

Memorandumlar: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Əqli Mülkiyyət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. 

2023

Sosial məsuliyyət layihələri və maarifləndirmə

2023-cü ildə ADRA müxtəlif sosial yönümlü layihələrdə iştirakını artırıb. Xüsusilə açıq məkanda reklamların qanunvericiliyə uyğunluğunun təmin olunması istiqamətində maarifləndirmə kampaniyaları genişləndirilib. Həmçinin autizm spektr pozğunluğu olan şəxslərə dəstək məqsədilə reklam vasitəsilə sosial mesajların yayılması təşəbbüsləri həyata keçirilib.

2022

“Hökumət buludu”na inteqrasiya

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirib.

2021

Sahibkarlara xidmət

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi KOB evlərində sahibkarlara xidmət göstərməyə başlayıb.

2020

"İcazələr Sistemi” proqram təminatının yenilənməsi və inteqrasiyası

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən sahibkarların istifadəsinə verilmiş “İcazələr Sistemi” yenilənib.

2019

Ölkədə müasir daşıyıcıların tətbiqi

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən LED ekranlı, müasir və iqlimə davamlı reklam daşıyıcılarının Bakıda quraşdırılmasının təşviqi işi həyata keçirilib.

2018

İnnovativ onlayn qeydiyyat sisteminin təqdimatı

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən “Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfrans”ında sahibkarlara reklam daşıyıcılarının onlayn qeydiyyatı və ödəniş imkanları təqdim olunub, həmçinin məsafədən ölçmə cihazları və 360° reklam daşıyıcılarının təhlili üçün innovativ texnologiyalar nümayiş etdirilib

2017

Agentliyin yaradılması

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci ildə 1472 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi publik-hüquqi şəxs olaraq yaradılıb.

RƏHBƏRLİK

Rəhbər heyətimiz
ilə yaxından tanış olun

Fərhad Əsgər oğlu Adıgözəlov

İdarə Heyətinin sədri

Fərhad Əsgər oğlu Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində Maliyyə və kredit ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci bakalavr təhsilini alıb. 2005-ci ildə təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru vəzifəsində çalışıb. Daha sonra F.Adıgözəlov 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinin sədri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Ailəlidir, 3 övladı var.

Daha çox Daha az

Fəxri Rafiq oğlu Abdullayev

İdarə Heyəti sədrinin müavini

21.09.1974-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültələrində ali təhsil alıb. Əmək fəaliyyətinə Rusiya Federasiyasının Soçi şəhərində başlayıb. Sonra Azərbaycanda dövlət səviyyəsində təşkil edilən tədbirlərin əsas təşkilatçılarından olub. Fəxri Abdullayev bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduqdan sonra 2013-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəis müavini, daha sonra Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri vəzifələrində çalışıb. İşlədiyi dövrdə ona dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib. 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktor müavini, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 oktyabr tarixli Sərəcamı ilə isə Agentliyin İdarə Heyətinin sədr müavini təyin olunub. Ailəlidir, 3 övladı var.

Daha çox Daha az

Nahid Rəhman oğlu Qasımov

Aparatın rəhbəri

09.05.1989-cu ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Hüquq və Strateji araşdırmalar şöbəsinin Hüquqi məsələlərin tənzimlənməsi sektorunun aparıcı məsləhətçi-hüquqşünası kimi başlayıb. Daha sonra, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquq və kadrlar şöbəsinin Hüquq sektorunun böyük məsləhətçisi kimi fəaliyyət göstərib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatının Hüquq şöbəsinin hüquqşünası, aparıcı hüquqşünası, böyük hüquqşünası, Bakı Şəhəri Reklam İdarəsinin Hüquq şöbəsinin müdiri, Agentliyin Aparatının Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

Daha çox Daha az
STRUKTUR

İdarəetmə
və struktur bölmələri

İdarə Heyətinin sədri

Fərhad Əsgər oğlu Adıgözəlov

  • İdarə Heyəti sədrinin müavini

    Fəxri Rafiq oğlu Abdullayev

  • Aparatın rəhbəri

    Nahid Rəhman oğlu Qasımov

  • İdarə Heyəti sədrinin müşaviri

    Fərid Mehdi oğlu Dadaşov

  • İdarə Heyəti sədrinin müşaviri

    Elmar Aydın oğlu Abasov

  • İdarə Heyəti sədrinin müşaviri

    Lalə Elman qızı Abdullayeva

  • Reklam fəaliyyətinin tənzimlənməsi şöbəsi

  • Daxili nəzarət və audit şöbəsi

  • Hüquq şöbəsi

  • İnsan resursları və sənədlərlə iş şöbəsi

  • Media və kommunikasiya şöbəsi

  • Maliyyə şöbəsi

  • İnformasiya texnologiyaları şöbəsi

  • Satınalmalar və təminat şöbəsi

  • İxtisaslaşmış reklam yayıcıları və sosial reklamlarla iş şöbəsi

  • Reklam layihələrinin tərtibi və estetik ekspertizası şöbəsi

  • Strateji planlaşdırma və təhlil şöbəsi

  • Təhlükəsizlik şöbəsi

  • Bakı Şəhəri Reklam İdarəsi

    Mehman Elman oğlu Hüseynov

  • Sumqayıt Regional Reklam İdarəsi

    Elşən Əli oğlu Musazadə

  • Gəncə Regional Reklam İdarəsi

    Ramin Asim oğlu Kazımov

  • Lənkəran Regional Reklam İdarəsi

    Fərid Fikrət oğlu Novruzov

  • Quba Regional Reklam İdarəsi

    Vüsal Oktay oğlu Mustafayev

  • Şəki Regional Reklam İdarəsi

    Aqşin Nemət oğlu Qafarov

  • Bərdə Regional Reklam İdarəsi

    Rövşən Elşən oğlu Rəhimov

  • Şirvan Regional Reklam İdarəsi

    Məcid Həmid oğlu Əlizadə

  • Naxçıvan Regional Reklam İdarəsi

    Bəxtiyar Məmmədbağır oğlu Məmmədov

  • İcraçı direktor

    Namik Sədaqət oğlu Xıdırov

  • İcraçı direktorun müavini

    Namiq Akif oğlu Aslanov

  • İcraçı direktorun müşaviri

    İnna Saleh qızı Abbasova