Geri qayit

Tariflər

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcələri:

Reklam daşıyıcısının növü
Dövlət rüsümunun məbləği (1 illik)
Fərdi layihələr əsasında hazırlanmış reklam qurğusu
(hava şarı, dirijabl, aerostat və s.)
100 ₼
Elektron (rəqəmsal) daşıyıcı (monitor, ekran, tablo və s.)
20 kvadratmetrədək olduqda - hər kvadratmetrinə görə 
50 ₼

50 kvadratmetrədək olduqda - 1000 ₼ + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 ₼

100 kvadratmetrədək olduqda - 1450 ₼ + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 ₼

100 kvadratmetrdən artıq olduqda - 1950 ₼ + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 ₼
Roller
40 ₼
Prizmatron
17 ₼
Transparant, körpüüstü reklam
20 ₼
Ayrıca dayaqlı lövhə və qutu (dayanacaq) tumba, ödəniş terminalı, avtomatlaşdırılmış satış köşkü (vending)
17 ₼
Bilbord, meqabord
15 ₼
Kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (1.4.1–1.4.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla)
10 ₼

Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

Zona
Əmsal
Bakı şəhəri
1
Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə
0,8
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə
0,7
Digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal
0,5
*İcazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə
istənilən ayların sayına vurulur və alınan nəticəyə cədvəldə qeyd olunan əmsal tətbiq edilir.

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu (Maddə 33-1) ilə təsdiq edilmişdir