Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) Hüquq şöbəsinin Qanunvericiliklə iş sektorunun normayaratma üzrə baş hüquqşünası Fidan Abbasova VI “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında yer alıb. Final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi Fidan Abbasovanı qazandığı bu uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək peşə fəaliyyətində yeni nailiyyətlər, davamlı inkişaf və uğurlar arzulayır.