ADRA əməkdaşları “Xəzəri Qoruyaq – 2026” aksiyasında iştirak ediblər

16 sentyabr 2026 10:25

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları hər il olduğu kimi, bu il də “Xəzəri Qoruyaq – 2026” beynəlxalq sahilyanı təmizlik aksiyasına qoşulublar.

Sumqayıt şəhərində keçirilən aksiya zamanı ADRA-nın Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları Xəzər dənizinin sahilboyu ərazisinin tullantılardan təmizlənməsi işlərində iştirak ediblər. Könüllülərlə birlikdə aparılan təmizlik işləri çərçivəsində sahil ərazisində müxtəlif növ tullantılar toplanaraq ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verilib.

“Xəzəri Qoruyaq” aksiyası Xəzər dənizinin və sahilyanı ərazilərin mühafizəsi, ekoloji məsuliyyətin artırılması, eləcə də cəmiyyətin ətraf mühitin qorunmasına fəal cəlb olunması məqsədi daşıyır.

ADRA əməkdaşlarının aksiyada iştirakı ətraf mühitin qorunmasına diqqətin artırılması, ekoloji mədəniyyətin təşviqi və ictimai məsuliyyətin dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Xəzəri Qoruyaq – 2026” aksiyası sentyabr ayında Xəzər sahili boyunca müxtəlif ərazilərdə keçirilir.

 ADRA əməkdaşları “Xəzəri Qoruyaq – 2026” aksiyasında iştirak ediblər  ADRA əməkdaşları “Xəzəri Qoruyaq – 2026” aksiyasında iştirak ediblər  ADRA əməkdaşları “Xəzəri Qoruyaq – 2026” aksiyasında iştirak ediblər  ADRA əməkdaşları “Xəzəri Qoruyaq – 2026” aksiyasında iştirak ediblər  ADRA əməkdaşları “Xəzəri Qoruyaq – 2026” aksiyasında iştirak ediblər