ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib

26 may 2026 10:00

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) “İnzibati xəta haqqında iş üzrə icraata başlama” mövzusunda qısamüddətli açıq təlim təşkil olunub. Təlimdə Agentliyin rəhbərliyi və Aparatın inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsləri iştirak ediblər. Təlimin əsas məqsədi inzibati xəta haqqında işlər üzrə icraata başlama proseduru və protokolun tərtibi qaydalarına dair iştirakçıların praktiki bilik və bacarıqlarının artırılması olub.

Tədbir çərçivəsində inzibati xəta haqqında protokolun hazırlanması prosesi ilə bağlı qısa mühazirə təqdim edilib, həmçinin iştirakçılar üçün praktiki məşğələ təşkil olunub. Praktiki hissədə iştirakçılar tərəfindən inzibati xəta haqqında protokolların tərtibi üzrə tapşırıqlar yerinə yetirilib. Təlimdə çıxış edən Dövlət Reklam Agentliyinin Aparatının Hüquq şöbəsinin Hüquqi təminat sektorunun müdiri Nigar Həsənova inzibati xəta haqqında iş üzrə icraata başlamanın hüquqi əsasları və tətbiq mexanizmləri barədə ətraflı məlumat verib. Bundan sonra Dövlət Reklam Agentliyinin Aparatının Hüquq şöbəsinin Qanunvericiliklə iş sektorunun müdiri Səxavət Həsənov, həmin sektorun baş hüquqşünası – normayaratma üzrə Fidan Abbasova və Hüquqi təminat sektorunun baş hüquqşünası Maisə Musazadə praktiki məşğələ keçiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarının müddəalarına əsasən, açıq məkanda reklam sahəsində inzibati xəta əlamətləri aşkar edildikdə Agentlik tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülür.

 ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib  ADRA-da inzibati xəta haqqında iş üzrə icraata başlama ilə bağlı təlim keçirilib