ADRA-nın “Açıq Məkanda Reklama İctimai Nəzarət” bölməsi “ASAN müraciət” informasiya sisteminə qoşulub. Artıq müraciətləri “ASAN müraciət” informasiya sisteminə də edə bilərsiniz. Daxil olan sorğular Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə (ADRA) yönləndiriləcəkdir.
Bununla da açıq məkanlardakı reklamlara ictimai nəzarət daha əlçatan olacaq. Vətəndaşlarımız “ASAN müraciət” mobil tətbiqi vasitəsilə aşağıdakı mövzularda qarşılaşdıqları ictimai problemləri asanlıqla göndərə bilərlər:
🔹 Qanunsuz reklam yerləşdirilməsi
🔹 Qəzalı və təhlükəli reklam daşıyıcıları
🔹 Dil və məzmun pozuntuları
🔹 Müddəti bitmiş reklamlar
🔹 Səs-küy və işıq çirkliliyi
🔹 Estetik qaydaların pozulması
Şəhərimizin daha təhlükəsiz və estetik görünməsi üçün sən də töhfə ver!
“ASAN müraciət” mobil tətbiqini yükləmək üçün:
⬇️ Android: https://play.google.com/store/apps/details?id=az.asan.asanapply
⬇️ iOS: https://apps.apple.com/az/app/asan-m%C3%BCraci%C9%99t/id1561571608
Ətraflı məlumat üçün: 9108 “Çağrı mərkəzi”
#ASANmüraciət #ADRA #Reklam #ASANTV