ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun başçılıq etdiyi nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət edib.
Nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, xatirəsi hörmətlə anılıb.