20 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) yaradılmasının 9 ili tamam olur.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanı ilə publik-hüquqi şəxs kimi yaradılan Agentlik açıq məkanda reklam sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən dövlət qurumudur.
Fəaliyyət göstərdiyi müddətdə ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində şəffaflığın, qanunvericiliyin tələblərinə əməl olunmasının, şəhərin reklam mühitinin estetik görünüşünün və müasir reklam infrastrukturunun formalaşdırılmasının təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirib.
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Agentlik reklam sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.