ADRA nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

14 sentyabr 2026 17:26

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) nümayəndə heyəti Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın yanında Reklam üzrə Koordinasiya Şurasının 29-cu iclasında və 26-cı Beynəlxalq Reklam Forumunda iştirak edib.

Tədbirlərdə açıq məkandakı reklamlara nəzarət və tənzimləmə, elektron xəritəçilik, milli brendlərin yaradılması və müasir reklam mühiti ilə bağlı məsələlər müzakirə olunub.

ADRA-nın Hüquq şöbəsinin müdiri Fərid Əfəndiyev ölkəmizdə “Made in Azerbaijan”, “ASAN xidmət” və “ABAD” kimi innovativ milli brendlərin yaradılması və təşviqi sahəsində görülən işlər, “ASAN xidmət” modelinin bir sıra xarici ölkələrdə uğurlu tətbiqi barədə məlumat verib.

Səfər çərçivəsində müxtəlif ölkələrin tənzimləyici qurumları və reklam birliklərinin nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Beynəlxalq tədbirlərdə iştirak ADRA-nın reklam sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi istiqamətində atdığı addımların davamıdır.

 ADRA nümayəndələri beynəlxalq tədbirdə iştirak edib  ADRA nümayəndələri beynəlxalq tədbirdə iştirak edib