İnsan alverinə qarşi birgə mübarizə: Dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığı

08 may 2026 10:04

İnsan alveri dünya miqyasında insan hüquqlarının pozulmasına və cəmiyyət üçün ciddi təhlükələrə səbəb olan qlobal cinayətlərdən biridir. Azərbaycanda da bu problem daim diqqət mərkəzində saxlanılır.

İnsan alveri əsasən əmək istismarı, cinsi istismar, məcburi əmək və qanunsuz miqrasiya halları ilə bağlı müşahidə olunur. Son illər sosial şəbəkələr və onlayn platformalar vasitəsilə insanları aldatmağa yönəlmiş hallarda artım qeydə alınır.  Vətəndaşlara xaricdə iş, təhsil və yüksək gəlir vəd edən təkliflərə qarşı diqqətli olmaq tövsiyə olunur.

Ekspertlər bildirirlər ki, insan alverinə qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmır. Dövlət qurumları, media və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə fəaliyyəti bu sahədə mühüm rol oynayır. Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının qorunması naminə bu sahədə mübarizəni davamlı şəkildə davam etdirir və vətəndaşları diqqətli olmağa çağırır.

152 “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusilə qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir.