Laçında turizm obyektlərinin açıq məkandakı reklamları və qanunvericiliyin tələbləri müzakirə olunub

23 noyabr 2026 11:35

Laçın şəhərində yerləşən “Lachin Resort & Spa” hotelində “Turizm sənayesində dövlət-özəl əməkdaşlığı və şəbəkələşmə” mövzusunda tədbir keçirilib.

Dövlət Turizm Agentliyinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının, təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Bərdə Regional Reklam İdarəsinin rəisi Rövşən Rəhimov çıxış edərək açıq məkandakı reklamların yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verib. O, hotellərin və digər turizm obyektlərinin açıq məkandakı reklamlarının qanunvericiliyə uyğun yerləşdirilməsinin, eləcə də hotellərin ulduz təsnifatının düzgün əks etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə dövlət qurumları ilə turizm sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, Şərqi Zəngəzur bölgəsinin turizm potensialının dəyərləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi olub. Yekunda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib. Tədbir qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

 Laçında turizm obyektlərinin açıq məkandakı reklamları və qanunvericiliyin tələbləri müzakirə olunub  Laçında turizm obyektlərinin açıq məkandakı reklamları və qanunvericiliyin tələbləri müzakirə olunub  Laçında turizm obyektlərinin açıq məkandakı reklamları və qanunvericiliyin tələbləri müzakirə olunub