Regional reklam idarələrinin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış mövzusunda təlim keçirilib

23 noyabr 2026 12:06

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) əməkdaşların maarifləndirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində biliklərinin artırılması və etik davranış prinsiplərinin təşviqi məqsədilə növbəti təlim təşkil olunub.

Regional reklam idarələrinin əməkdaşları üçün onlayn formatda keçirilən “Korrupsiyaya qarşı mübarizə və etik davranış” mövzusunda təlimdə ümumilikdə 31 nəfər iştirak edib.

Təlimi Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli aparıb. Təlim çərçivəsində korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri, xidməti fəaliyyət zamanı etik davranış qaydalarına riayət olunması, şəffaflıq və məsuliyyət məsələləri diqqətə çatdırılıb.

Qeyd edək ki, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılmasına, Agentlikdə etik davranış və şəffaflıq prinsiplərinin gücləndirilməsinə xidmət edir.