Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan intellektual yarış keçirilib. Tədbir Ulu Öndərin və Azərbaycanın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinin anılması, eləcə də Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yarışda hər birində 5 nəfər olmaqla 10 komanda mübarizə aparıb və iştirakçılar intellektual biliklərini nümayiş etdiriblər. İlk 3 yeri tutan komandalar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir əməkdaşlar arasında qarşılıqlı ünsiyyət və kommunikasiya bacarıqlarını gücləndirilməklə yanaşı, kollektivdə birlik və həmrəylik ruhunun daha da möhkəmləndirilməsinə fürsət yaradıb. Bu cür intellektual və maarifləndirici tədbirlər əməkdaşlar üçün həm biliklərini sınamaq, həm də təşkilati mühitdə sıx əməkdaşlıq qurmaq imkanını gücləndirir.