Xocalı faciəsi xalqımızın qan yaddaşıdır

26 fevral 2026 13:00

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini anmaq məqsədilə “Ana harayı” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək qətliamın 34-cü ildönümündə şəhidlərimizin ruhuna ehtiramını bildirib. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini yerlə bir edib. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyasına start verilib. 2020-ci ildə Ali Baş rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmayıb.

 

 Xocalı faciəsi xalqımızın qan yaddaşıdır  Xocalı faciəsi xalqımızın qan yaddaşıdır  Xocalı faciəsi xalqımızın qan yaddaşıdır  Xocalı faciəsi xalqımızın qan yaddaşıdır  Xocalı faciəsi xalqımızın qan yaddaşıdır  Xocalı faciəsi xalqımızın qan yaddaşıdır  Xocalı faciəsi xalqımızın qan yaddaşıdır