2025-ci ildə açıq məkanda reklam sahəsində əsas pozuntular icazəsiz yerləşdirmə ilə bağlı olub

12 yanvar 2026 10:00

2025-ci il ərzində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun pozulması ilə bağlı ümumilikdə 364 inzibati xəta haqqında protokolu tərtib edilərək məhkəmələrə göndərilmiş, onlardan 279-u üzrə cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmələr tərəfindən təyin edilmiş ümumi cərimə məbləği 564 500 manat təşkil etmişdir.

2025-ci il ərzində açıq məkandakı reklam sahəsində ən çox pozuntu icazəsiz reklam yerləşdirilməsi və nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi ilə bağlı olmuşdur. Görülən inzibati tədbirlər açıq məkandakı reklamlarla bağlı qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsinə yönəlmişdir.