ADRA "Gəncə KOB evi"ndə ən çox müraciət qəbul edən dövlət qurumu olub

16 iyun 2026 15:22

2026-cı ilin 19 mart – 11 iyun tarixləri ərzində "Gəncə KOB evi"ndə fəaliyyət göstərən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) xidmət pəncərəsinə müraciət edən vətəndaşların sayı digər dövlət qurumları ilə müqayisədə daha çox olub. Hesabat dövründə ADRA-nın xidmət pəncərəsinə ümumilikdə 532 nəfər müraciət edib.

Müraciətlər əsasında 258 nəfərdən sənədlər qəbul olunub, 267 sahibkara hazır sənədlər təqdim edilib. Eyni zamanda 1 nəfərin açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı müraciətinə reklam qurğusunun qanunvericiliyin tələblərinə cavab verməməsi səbəbindən imtina verilib.

Əldə olunan nəticələr ADRA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əlçatanlığının və səmərəliliyinin artdığını, eləcə də reklam fəaliyyətinin tənzimlənməsi sahəsində Agentliyin xidmətlərinə marağın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.