ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib

06 fevral 2026 10:35

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə ərazi reklam idarələrinin hesabat iclası keçirilib. İclasda Bakı ilə yanaşı, regionlar üzrə fəaliyyət göstərən reklam idarələrinin rəhbərləri 2025-ci ildə həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə məlumat veriblər.

İclasda açıq məkandakı reklamların qanunuvericiliyin tələblərinə uyğunluğu, şəhərlərin estetik görünüşü ilə ahəngdarlığı, tarixi abidələrə zərər vuran reklamların, o cümlədən icazəsiz yerləşdirilmiş tütün məmulatları və tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamlarının yayımının dayandırılması istiqamətində görülən işlərdən danışılıb. Bildirilib ki, Bakı ilə yanaşı regionlarda da sahibkarlara yeni reklam eskizlərinin təqdim edilməsi ilə vizual olaraq daha səliqəli və gözoxşayan açıq məkan reklamlarının yayımı təmin edilib. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İclasın sonunda Fərhad Adıgözəlov açıq məkandakı reklamlarda dövlət dilinin istifadəsinə xüsusi diqqət yetirilməli olduğunu qeyd edib, eyni zamanda sahibkarların maarifləndirilməsi və məmnunluğunun artırılması, eləcə də açıq məkanda reklam yerləşdirilməsi üçün prosedurların rəqəmsallaşdırılması istiqamətində təkmilləşdirmə işlərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.   

 ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib  ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib  ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib  ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib  ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib  ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib  ADRA-da 2025-ci ilin yekunlarına dair hesabat iclası keçirilib