ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib

25 noyabr 2026 14:36

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib.

ADRA-nın İdarə Heyəti sədrinin müavini Lalə Abdullayevanın sədrliyi ilə keçirilən görüşdə açıq məkandakı reklamlarda dövlət dilinin qorunması və təşviqi istiqamətində görülən işlər müzakirə olunub.

Görüşdə bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, dövlət dilinin açıq məkandakı reklamlarda düzgün və geniş istifadəsinin təşviqi yalnız nəzarət mexanizmləri ilə deyil, eyni zamanda ictimai məlumatlılığın artırılması və müxtəlif tərəfdaşlarla əməkdaşlıq vasitəsilə dəstəklənməlidir.

Tərəflər dövlət dilinin açıq məkandakı reklamlarda təşviqi istiqamətində birgə maarifləndirmə imkanlarını və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

 ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib  ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib  ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib  ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib  ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib  ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib  ADRA-da Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri ilə görüş keçirilib