Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) struktur bölmələrində çalışan əməkdaşlar 2025-ci il ərzində fəaliyyətin həyata keçirilməsində göstərdikləri nəticələrə görə təltif olunublar.
Bakı Şəhəri Reklam İdarəsi üzrə Agentliyin fəaliyyətinə verdiyi töhfəyə, yüksək peşəkarlıq və məsuliyyətinə görə 3 nəfər əməkdaş “Fəxri Fərman”la təltif edilib. Eyni idarə üzrə tapşırıqların icrasında operativlik və məsuliyyət nümayiş etdirən 17 nəfər əməkdaş isə “Təşəkkürnamə” ilə mükafatlandırılıb.
Bununla yanaşı, regional reklam idarələri üzrə də əməkdaşlar fərqləndirilib. Gəncə Regional Reklam İdarəsi üzrə 4 nəfər, Sumqayıt Regional Reklam İdarəsi üzrə 6 nəfər, Bərdə Regional Reklam İdarəsi üzrə 2 nəfər, Şirvan Regional Reklam İdarəsi üzrə 1 nəfər və Quba Regional Reklam İdarəsi üzrə 1 nəfər əməkdaş “Təşəkkürnamə”yə layiq görülüb.
Ümumilikdə, Agentlik üzrə 34 əməkdaş təltif edilib. Onlardan 3 nəfər “Fəxri Fərman”, 31 nəfər isə “Təşəkkürnamə” ilə mükafatlandırılıb.
Təltif olunan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi Agentliyin qarşıya qoyduğu vəzifələrin icrasında peşəkarlığın artırılması və operativliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.