Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı ilə birgə tədbir keçirilib. YAP-ın Səbail rayon təşkilatının yaranmasının 33 illiyi ərəfəsinə təsadüf edən tədbirdə partiyanın sıralarına yeni qəbul olunmuş ADRA əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Tədbirdə ADRA-nın Aparat rəhbəri Nahid Qasımov və partiyanın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət və partiyanın sıralarının genişlənməsinin əhəmiyyəti vurğulanıb. Natiqlər partiya sıralarına qoşulan yeni üzvləri təbrik edərək, onların gələcək fəaliyyətlərində fəallıq göstərmələrinin vacibliyini qeyd ediblər. Sonda yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub və xatirə şəkli çəkdirilib.