Xəbərlər

Xalq, dövlət və ordu birliyinin gücü reklam lövhələrində

2 Oktyabr 2020, 00:00

 

Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də  Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar açıq məkandakı reklam qurğularında nümayiş olunur. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir. Düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları ilə yayımlanan plakatların hazırlanmasında və yaymlanmasında əməyi keçən hər bir şəxsə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından təşəkkürümüzü bildiririk.

 

Digər xəbərlər