Haqqımızda

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci ildə 1472 nömrəli Fərmanı ilə publik-hüquqi şəxs olaraq yaradılmışdır

00:00 / 00:00

Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur
 
Fəaliyyətinin əsasında ölkənin reklam ekosisteminin inkişafı, sahibkar məmnuniyyəti, şəffaflıq, məsuliyyət və nəzakətlilik prinsipləri durur

Agentliyin məqsədi

Açıq məkanda reklam mühitinin sağlamlaşdırmaq, inkişaf etdirmək, reklamın məzmunu və reklam daşıyıcıları üzrə hüquqi və texniki tələblərin qorunmasını təmin etmək
Reklam yayıcıları və sahibkarlara dəstək vermək, onları maarifləndirmək, reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, reklam daşıyıcılarının qeydiyyatı üçün vaxt sərfini azaltmaq
Xidmət keyfiyyətini yüksək tutmaq, sahibkar və vətəndaş məmnunluğunu təmin etmək, onlarla münasibətlərdə peşəkarlıq və səmimiyyət nümayiş etdirmək

Agentliyin missiyası

Açıq məkanda sağlam və innovativ reklam mühitini təmin etmək.

Agentliyin Nizamnaməsi