Çağrı Mərkəzi

Çağrı Mərkəzi əhali və reklam yayıcılarının Dövlət Reklam Agentliyində göstərilən xidmətlər barədə suallarının vaxt itirmədən, ərazi reklam idarələrinə getmədən, operativ şəkildə cavablandırılması, onların göstərilən xidmətlər barədə məlumatlandırılması və rastlaşdıqları hüquqpozmalar barədə müraciət etmələri məqsədilə yaradılmışdır.

Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün Respublikanın istənilən regionundan 1412 nömrəsini yığa bilərsiniz.  

Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi info@adra.gov.az elektron poçt ünvanı, 1412 Çağrı Mərkəzi, "Whatsapp" və "Telegram" onlayn əlaqə, Dövlət Reklam Agentliyi rəsmi "Facebook", "Instagram", "X" səhifələri vasitəsi ilə bildirə bilərsiniz. Çağrı Mərkəzində “Telegram botu" da istifadəyə verilib. Bu vasitələr vaxta qənaət edərək sahibkarların mütəmadi və ya tez-tez verdiyi sualların cavablandırılmasını təmin edir. 

 

İş qrafiki

1412 - Çağrı Mərkəzi  canlı rejimdə həftənin iş günləri saat 9:00-dan 18:00-dək vətəndaşların xidmətindədir. Onlayn əlaqə vasitəsinin iş rejimi xidmətlər barədə informasiyanın ötürülməsi imkanı  xidmət təminatçısının seçimi və imkanlarına uyğun olaraq iş saatları daxilində nəzərdə tutulub.