Rəhbərlik

directory1

Aydın Münsüf oğlu İbadov

İdarə Heyətinin sədri

1959-cu ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat mühəndisliyi" fakültəsinin “Sənaye və mülki tikinti” ixtisasını bitirib. Elə həmin ildə hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə 1984-cü ildə "Azərnəqliyyattikinti" trestində mühəndis kimi başlayıb. 1991-2017-ci illərdə reklam sahəsində sahibkarlıq, o cümlədən bir sıra beynəlxalq şirkətlərin Azərbaycan və Rusiya Federasiyasındakı nümayəndəliklərində fəaliyyət göstərib. 2017-ci ilin 20 iyununda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yeni yaradılan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktoru, daha sonra Prezidentin 2019-cu il 16 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

directory1

Fəxri Rafiq oğlu Abdullayev

İdarə Heyəti sədrinin müavini

21.09.1974-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin “Coğrafiya”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültələrində ali təhsil alıb. Əmək fəaliyyətinə Rusiya Federasiyasının Soçi şəhərində başlayıb. Sonra Azərbaycanda dövlət səviyyəsində təşkil edilən tədbirlərin əsas təşkilatçılarından olub. Fəxri Abdullayev bir müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduqdan sonra 2013-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəis müavini, daha sonra Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri vəzifələrində çalışıb. İşlədiyi dövrdə ona dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilib. 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin direktor müavini, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 oktyabr tarixli Sərəncam ilə isə Agentliyin İdarə Heyətinin sədr müavini təyin olunub. Ailəlidir, 3 övladı var.

directory1

Nahid Rəhman oğlu Qasımov

Aparatın rəhbəri

09.05.1989-cu ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Hüquq və Strateji araşdırmalar şöbəsinin Hüquqi məsələlərin tənzimlənməsi sektorunun aparıcı məsləhətçi-hüquqşünası kimi başlayıb. Daha sonra, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquq və kadrlar şöbəsinin Hüquq sektorunun böyük məsləhətçisi kimi fəaliyyət göstərib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatının Hüquq şöbəsinin hüquqşünası, aparıcı hüquqşünası, böyük hüquqşünası, Bakı Şəhəri Reklam İdarəsinin Hüquq şöbəsinin müdiri, Agentliyin Aparatının Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.