“Marsol Mini Futbol Turniri 2021” - də ADRA komandası dördüncü yeri tutub
26 sentyabr tarixində start götürən “MARSOL” partnyorlarından ibarət 32 komandanın iştirak etdiyi “Marsol Mini futbol Turniri 2021”in final mərhələsi başa çatıb. “Marsol Mini Futbol Turniri 2021” - də ADRA komandası dördüncü yeri tutub. Finalda “Kapital Bank” komandası 1-ci, “Mibella” komandası 2-ci, “Pimapen” komandası isə 3-cü yeri qazanıb. Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunublar. Qeyd edək ki, turnurin keçirilməsində əsas məqsəd özəl sektorun da yer aldığı müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və onların əməkdaşları ilə dövlət qurumlarının təmsilçiləri arasında qeyri-rəsmi ünsiyyətin yaranmasına təşviq olub.