Xəbərlər

ADRA təmsilçilərinin sahibkarlarla qeyri-rəsmi görüşü baş tutub

9 Dekabr 2021, 12:00

 

Azərbaycanda fəaliyyət göstərən 22 şirkətin təmsil olunduğu qeyri-rəsmi görüşdə sahibkarlarla dövlət qurumları arasında kommunikasiyaların vacibliyi vurğulanıb. Pandemiya dönəmində iş adamlarının qarşılaşdıqları bəzi çətinliklər və onların həlli istiqamətində görülən işlərdən danışılıb. Fəaliyyət sahələri barədə məlumat verən sahibkarlar əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir iş adamlarına Agentliyin onlayn “İcazələr Sistemi” barədə məlumat verib. Görüşdə açıq məkanda reklamı olan, eyni zamanda yeni reklam yayımlamaq istəyən sahibkarların sualları da cavablandırılıb. Qeyd edək ki, qeyri-rəsmi görüş ölkədə 300-dən çox müxtəlif fəaliyyət istiqamətli şirkətlərin partnyor olduğu Marsol sahibkarlar klubunun təşəbbüsü ilə keçirilib.

Digər xəbərlər