Xəbərlər

Sahibkarlar ADRA ilə əməkdaşlıqdan məmnundurlar

10 Yanvar 2022, 15:13

 

 

Açıq məkan reklamını Agentliyin İcazələr Sistemi vasitəsilə rəsmiləşdirmiş sahibkarların yarıdan çoxu (58%) 2021-ci ildə ADRA ilə əməkdaşlığı əla qiymətləndirib. Agentliyin İcazələr Sistemində reklamlarını qeydiyyatdan keçirmiş və şəxsi kabinetlərində telefon nömrələrini qeyd etmiş 11063 sahibkara SMS vasitəsilə ünvanlanan sorğunun nəticələri bunu deməyə əsas verir. Səsvermənin nəticələrinə görə, sahibkarların yalnız 13 %-i qurumla əməkdaşlıqdan narazı qalıb. Eyni zamanda iş adamlarının 76%-i reklamını rəsmiləşdirərkən heç bir çətinliklə üzləşmədiyini qeyd edib. Sorğu hazırda ADRA-nın rəsmi saytında (www.adra.gov.az) davam edir. İrad və təkliflər həm sorğunun özündə qeyd oluna bilər, həm də 1412 Çağrı Mərkəzinə zəng vurularaq şifahi bildirilə bilər.

 

 

Digər xəbərlər