Xəbərlər

2021-ci ilin 4-cü rübündə 3-cü rüblə müqayisədə açıq məkanda reklam yayımına daha çox icazə verilib

14 Yanvar 2022, 14:26

 

2021-ci ilin dördüncü rübündə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Regional İdarələri açıq məkanda reklam yayımlanması üçün sahibkarlara 34172 icazə sənədinin verilməsini təmin edib. Bu həmin ilin 3-cü rübü ilə müqayisədə 5188 ədəd çoxdur. Bu müddət ərzində reklamın rəsmiləşdirilməsi üçün Regional İdarələrimizə olunan müraciətlərin sayı 8353 olub. 3-cü rüblə müqayisədə müraciətlərin sayında da 479 artım var.

 

İcazələrinizi onlayn qaydada ASAN LOGİN ilə ADRA-nın İcazələr Sistemindən alın. Ətraflı məlumat:

 

https://www.youtube.com/watch?v=OZxmyhWvc_k&t=246s

Digər xəbərlər