Xəbərlər

Vətəndaşların müraciətlərini operativ şəkildə həll etdiyi üçün ADRA “Ən fəal dövlət orqanı” mükafatına layiq görülüb

14 Mart 2022, 12:00

 

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) 3-cü rübün nəticələrinə dair dəyirmi masa keçirib. Dövlət qurumlarının, ictimai şuraların və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada dekabr 2021 – fevral 2022-ci il aralığında e-nəzarətə daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Nəticələrə görə 16 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması üzrə fəal olduğu müəyyən edilmiş və onlara müvafiq təltiflər təqdim olunmuşdur. Təltif olunanlar sırasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi də var.

Onlayn İctimai Nəzarət Platforması foto/video sübutu olan boru sızması, məişət tullantılarının daşınmaması, açıq məkan reklamlarında çatışmazlıqlar, yolun səthinin zədələnməsi, ağacların aşması və digər problemləri aidiyyatı dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Üçüncü rübün nəticələrinə görə təxminən 76% müraciətlər öz həllini tapıb.

E-nəzarət platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilir.

 

Digər xəbərlər